Drakonla bağlı yeni xəbər

Drakonla bağlı yeni xəbər

Xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

AzerTimes xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 24-nə təyin edilib.

Şikayət hakim Şahin Yusifovun icraatına verilib.

Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.

Teqlər: