Hazırda plenuma müraciət olunması ilə bağlı zəruri əsaslar yoxdur.
Bu sözləri AzerTimes-a açıqlamasında “Drakon” ləqəbli aktyor Rza Rzayevin vəkili Səlahəddin Cəfərov bildirib.
“Əfv məsələsi gündəmdə deyil deyə, müraciət edə bilmirik. Nə zaman gündəmdə olsa, müraciət etməyi düşünürük”, – o qeyd edib.
Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib. Ötən gün isə Ali Məhkəmə Rza Rzayev haqqında Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.