Dr. Mahmud Bilir kimdir?

Dr. Mahmud Bilir kimdir?

Mən Uzman Ortoped – Travmatoloq Cərrah Mahmud Bilir.

Özüm haqqında qısaca danışmalı olsam, 2006-cı ildə “İstanbul
Üniversitesi Cerrahpaşa Tıp Fakültesi” -ni bitirmişəm. İki il
işlədikdən sonra, 2009-2014-cü illər arasında “Gaziantep
Üniversitesi Tıp Fakültesi Ortopedi ve Travmatoloji” ixtisası üzrə
uzmanlıq təhsili almışam. Uzmanlıq təhsilindən sonra Türkiyənin
müxtəlif yerlərində dövlət və özəl xəstəxanalarda çalışmışam. Son 2
ildir ki, Bakıda işləyirəm.

  • Travmatologiya və Travmatoloq nədir?

Bir çox xəstəliklər travmatologiya sahəsində müalicə olunur.
Xüsusilə, anadangəlmə omba çıxıqları, ayaqlarda bərabərsizliklər və
menisk zədələri travmatologiya şöbəsinə göndərilir. Travmatologiya
tez-tez ortopediya sahəsi ilə əlaqələndirilir. Bundan əlavə,
müxtəlif travmalar nəticəsində baş verən hallarda təcili müalicə
üçün Travmatologiya şöbəsinə müraciət olunur. Bədəndə olan bütün
sınıq və çıxıqlar travmatologiya şöbəsində müayinə olunur.
Xəstəliklərlə bağlı lazımi müayinələrdən sonra dəqiq diaqnozun
qoyulacağı gözlənilir. Dərhal sonra bu diaqnoza uyğun olaraq
xəstəyə həm tibbi, həm də cərrahi müdaxilələr edilir.

  • Hansı xəstəlikləri müalicə edirsiniz?
  • Ortopedik Travmatologiya (Sınıqlar, çıxıqlar və yumşaq toxuma
    zədələri müalicə)
  • Protez əməliyyatları (Diz, topuq və çiyin protezləri)
  • Qığırdaq xəstəliklərinin müalicəsi
  • Menisküs və bağ zədələrinin cərrahi müalicəsi.Deformasiyalarda
    korreksiyaedici əməliyyatlar
  • Ayaq xəstəliklərinin cərrahi müalicəsi (Hallux valgus, çəkic
    barmaq, P.EV)
  • Çiyin xəstəlikləri (Rotator Manşet zədələri, Sıxılma və
    s.)
  • Diz, bud-çanaq, çiyin endoprotez əməliyyatları ve uğursuz
    edilən protez əməliyyatlarının revizyon əməliyyatları
  • Alt və üst tərəf travmalarının cərrahi konservatif
    müalicələri
  • Serebral iflic əməliyyatları
  • Anadan gəlmə bud-çanaq çıxıqları və əyripəncəlik
    əməliyyatları
  • Deformasiya düzəltmə əməliyyatları
  • Boy uzatma
  • Uşaq ortopediyası
  • Oynaqların kök hüceyrə və PRP müalicələri
  • Diz xəstəliklərinin artroskopik əməliyyatları

Əlavə olaraq 7/24 olmaqla, “Baku Medical Plaza (Babək filialı)”
– da Ortopediya sahəsində Təcili Tibbi Yardım xidməti
göstəririk.

https://www.drmahmutbilir.com/

https://www.instagram.com/dr.mahmutbilir/

https://www.facebook.com/uzm.dr.mahmutbilir.travmatoloq.ortoped

Teqlər: