Döyüşmək istəməyən rus əsgərlərə təklif

Döyüşmək istəməyən rus əsgərlərə təklif

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba artıq Ukraynada döyüşmək istəməyən rusiyalı hərbçilər üçün xüsusi proqrama başlamağı təklif edir.

AzerTimes xəbər verir ki, bu barədə o, “Röyters” agentliyinə müsahibəsində bildirib.

“Mən əminəm ki, bu təklif təqdirəlayiqdir, çünki yalnız bir rus əsgəri silahı yerə qoyub getməyə qərar versə belə, bu, ukraynalıların həyatını xilas etmək və sülhü yaxınlaşdırmaq deməkdir. Özünüzü xilas edin və silahlarınızı yerə qoyun, Ukrayna qoşunlarına təslim olun və yeni həyata başlamaq imkanı əldə edin”, – Kuleba deyib.

Teqlər: