Demək olar ki, artıq 3-cü Dünya müharibəsi başlayıb. Müharibə ən ağır hazırlıq mərhələsi, tənzimləmələr, diplomatik və siyasi araşdırmalar, ittifaqların qurulmasından sonra həyata keçirilir. İndi hazırlıq mərhələsindəyik.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin sabiq milli müdafiə naziri, millət vəkili Hulusi Akar 15 İyul çevriliş cəhdi haqqında danışarkən deyib.
“Əcdadlarımız “Sülh istəyirsənsə, döyüşə hazır ol” deyiblər. Biz döyüşə hazır olmalıyıq. Əsgərlərimizin ruhu yüksəkdir, onları ən qabaqcıl texnologiya ilə təmin etmək bizim borcumuzdur. Biz tanklar, toplar, hətta təyyarələr, helikopterlər, PUA və SİHA-lar hazırladıq.
“Bayraqdar” çox mühüm məsələdir. Bu yolla biz Azərbaycanda qardaşlarımıza da dəstək ola bilərik. Bunlar dost və müttəfiq ölkələrə ixrac olunur. 3-cü Dünya müharibəsi riski həmişə var. Müharibə müəyyən mənada başlayıb. Ölkələr və bloklar hazırlıqlarını davam etdirirlər. Zaman və məkan, öz hüquq və mənafeləri baxımından kafi olduqlarını görən kimi bu müharibə başlayacaq”, – o bildirib.