Baxmutu tərk etdikdən sonra növbəti vəzifələrə hazırlaşmaq üçün şəxsi ordunun böyük hissəsi Rusiya ərazisinə çəkiləcək.
AzerTimes xəbər verir ki, bunu “Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib.
Priqojin döyüşçüləri tədarük üçün səhra düşərgələrinə köçürəcəyini, Ukraynadakı və dünyadaki vəziyyətdən asılı olaraq növbəti addımlar barədə qərar verəcəyini söyləyib.
O iddia edib ki, birbaşa döyüşə qatıla biləcək daha 15-20 min qüvvəsi var.