Döyüş təcrübəsi olan məhbuslar həbsdən buraxılır – Zelenski

Hazırda həbsdə olan və müəyyən döyüş təcrübəsinə malik məhbuslar
hərbi vəziyyət şəraitində azad edilir və onların üzərindən bütün
sanksiyalar götürülür.

Trend-in
məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski çıxışı
zamanı deyib.


“Mənəvi baxımdan asan olmayan qərar qəbul edilib. Real döyüş
təcrübəsinə malik ukraynalılar hərbi vəziyyət şəraitində həbsdən
azad edilir. Onlar öz günahlarını təmizləyə bilərlər”, – deyə
Ukrayna prezidenti bildirib.