Döyüş sursatlarının utilizasiyası davam etdirilir – MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə
utilizasiyası davam etdirilir.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.

“Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya
prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək
Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
məlumat veriləcək”, – deyə Nazirlikdən əlavə ediblər.

Teqlər: