Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə
utilizasiyası davam etdirilir.
Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya
prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək
Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç
bir əsas olmadığını diqqətə çatdırırıq.