Döyüş itkiləri Rusiyanı buna məcbur edir

Döyüş itkiləri Rusiyanı buna məcbur edir

Rusiya “Vaqner”in muzdlu pilotlarından istifadə edir, çünki kifayət qədər təlim keçmiş kadrı yoxdur və döyüşlərdə ağır itkilər verir.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Hazırda Rusiya “Vaqner” qrupundan olan şəxsləri Hərbi Hava Qüvvələrində istifadə edir. Bu, çox güman ki, Rusiyada lazımi səviyyədə təlim keçmiş kadrların azlığı və onun döyüş itkiləri ilə bağlıdır. Eyni zamanda, rus pilotu uçuş zamanı Rusiya hərbi naviqasiya avadanlığından deyil, kommersiya GPS cihazlarından istifadə edib. Bu, o deməkdir ki, “Vaqner” pilotlarının təyyarələri köhnə Su-25 modelləridir və Rusiya onları müasir avionika avadanlıqları ilə təmin etmir”, – məlumatda deyilir.

Qeyd edək ki, iyunun 17-də vurulan Rusiyaya məxsus Su-25 təyyarəsinin əsir düşən pilotunun vaqnerçi olduğu üzə çıxıb.

Teqlər: