Döyüş gedən ərazi: ermənilər bu yüksəklikdədir – Foto

Döyüş gedən ərazi: ermənilər bu yüksəklikdədir – Foto

Ermənistan siyalı qüvvələrinin bölmələrinin 3 gündür təxribatlar həyata keçirdiyi Kəlbəcər sərhədində, Zod mədəni yaxınlığındakı ərazilərin xəritəsi və mövqelərin təsviri təqdim edilib.

AzerTimes xəbər verir ki, “Caucasian Live” səhifəsi Ermənistan bölmələrinin 2020-ci il Qarabağ müharibəsindən sonra Kəlbəcər rayonunda şərti sərhəd xətti üzərində yerləşən Hinal dağı (3246,4 m.) və 3316,0 m. yüksəkliyini tərk etməyərək, Azərbaycanın suveren ərazilərini nəzarətdə saxlamağa davam etdiyini bildirib.

Bundan əlavə, Kəlbəcər rayonunun Azərbaycana geri qaytarılmasından sonra Ermənistan Söyüdlü-Zod qızıl yatağını cinahlardan da nəzarətdə saxlamaq və Azərbaycan Ordusunu daha əlverişsiz yerdə mövqelənməyə məcbur etmək məqsədilə 2758,5 yüksəkliyində mövqe qurub.

Xəritədən də aydın olur ki, 2758,5 metr yüksəkliyinə təminat yolu Azərbaycanın suveren ərazisindən keçir. Bununla da Ermənistan tərəfi de-fakto fiziki şəkildə Kəlbəcər rayonuna aid torpaqları işğal altında saxlayır.

Ərazinin həm strateji əhəmiyyətini, həm də qarşı tərəfin bitməyən təxribat cəhdlərini də nəzərə alaraq bu ərazinin təmizlənərək fiziki nəzarətə götürülməsi vacibliyi ortaya çıxır.

Teqlər: