Sərhəddə erməni təxribatına qarşı Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusu itkilər verib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda ölən və yaralananların sayı dəqiqləşdirilir.
Erməni tərəfinin iddiasına görə, hazırda döyüş davam edir.