Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılır? – Rəsmi açıqlama verildi

Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılır? – Rəsmi açıqlama verildi

Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev faktı təsdiqləməyib:

“AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə deyil”.

N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

Teqlər: