Xəbər - Samir Əli – Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının
Suraxanı rayonunda zorakılığa məruz qalan azyaşlı qızı nəzarətə
götürüb.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki,
qurum əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində
yayılan, Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın
iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil
olmuş məlumat əsasında ailəyə səfər edilib.
“Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji
vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji
reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir”,
– deyə T.Mərdanoğlu bildirib.
Xatırladaq ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 2010-cu il
təvəllüdlü qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması
barədə məlumat yayılıb. Azyaşlının anasının müraciəti əsasında
Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində
Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi
başlanıb.