Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. Postun yolun genişləndirilməsi üçün nəzərdə tutulan tədbir planına uyğun olaraq sökülməsinə qərar verilib.
Hazırda sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.
Postun sökülməsindən sonra yolun genişləndirilməsi və həmin hissədə sürət həddinin artırılması nəzərdə tutulur. Bununla da Bakı-Sumqayıt yolunda tıxacların azalacağı planlaşdırılır.