Dövlətimiz hər an yanımızda oldu – Evləri bərpa edilən vətəndaşlar (Trend TV) (FOTO)

Ağdam. Aslan Məmmədli – Trend:

İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi cinayətləri nəticəsində ən çox ziyan çəkmiş 11 şəhər və rayondan biri də Ağdam rayonudur.

Burada 32 yaşayış evi və 6 qeyri-yaşayış obyekti dağıdılıb, 1750-dən çox tikiliyə zərər dəyib. Dövlət başçısı, Prezident İlham Əliyevin tapşırığına əsasən qısa zaman ərzində görülmüş işlərin nəticəsində Ağdamda 1450-dən çox tikili təmir-bərpa olunub, 27 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.

Hazırda 5 yaşayış evinin tikintisi bitmək üzrədir. Bununla yanaşı, 300 tikilinin təmir-bərpası işləri görülür. Yaxın müddətdə Füzuli rayonu ərazisində də tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır. Evləri bərpa edilən və ya yenidən tikilən Ağdam sakinləri Azərbaycan dövlətinin onlara göstərdiyi bu diqqət və qayğıya görə hədsiz təşəkkürlərini bildirirlər.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin tikinti, təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.


Həmin ərazilərdə 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digər tikililər üzrə görülən işlərin də qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi, həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.

AzerTimes-ın Qarabağ bürosunun bərpa-tikinti işləri bağlı hazırladığı videoreportajı təqdim edirik.

Teqlər: