Dövlətə xəyanətdə təqsirləndirilən sayt redaktorunun cəzası azaldıldı

Xəbər - Samir Əli – Trend:

Ali Məhkəmədə dövlətə xəyanətdə təqsirləndirilən “xeberman.com”
saytının redaktoru Polad Aslanovun cəzası azaldılıb.

AzerTimes-ın məlumatına görə, Ali Məhkəmədə iş üzrə məhkəmə qərarı
elan olunub.

Qərara görə P. Aslanovun cəzası 16 ildən 13 ilə endirib.

Xatırladaq ki, P.Aslanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə 16 il azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә
xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla
hədələmə) maddələri ilə ittiham olunur.

DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov
xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan
kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri
imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının
əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət
təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən
ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri
də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə
suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla
razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də
ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa
ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real
əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.

Teqlər: