Dövlətə xəyanət edən şəxsə hökm oxundu

Dövlətə xəyanət edən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimov 17 il müddətinə azadlıqda məhrum edilib.

AzerTimes xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Teqlər: