Dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə qaydaları dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının adından və ya
dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən
layihələrə dair dövri hesabat forması”nı və “Azərbaycan
Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar
hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nı
təsdiq edib.

AzerTimes-ın, qərara
əsasən, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti
ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər Azərbaycan
Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar
hesabına həyata keçirilən layihələrə dair yarımillik və illik
dövrlər üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda müvafiq
hesabat dövründən sonrakı bir ay müddətində, Azərbaycan
Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar
hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir
ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız
və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun
olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə iki ay
qalmış İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

O cümlədən Azərbaycan Respublikasının adından və ya dövlət
zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə
dair yekun hesabat kağız və elektron daşıyıcılarda layihə bitdikdən
sonra bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim
olunmalıdır.

İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının adından və
ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən
şəxslər tərəfindən təqdim edilmiş məlumatları ümumiləşdirib
yarımillik və illik hesabat şəklində kağız və elektron
daşıyıcılarda müvafiq hesabat dövründən sonra iki ay müddətində,
Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan
borclar hesabına həyata keçirilən layihələr üzrə kredit
müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair
dövri hesabatı kağız və elektron daşıyıcılarda kredit müqaviləsinin
əhatə etdiyi müddətin bitməsinə 45 təqvim günü qalmış Nazirlər
Kabinetinə təqdim etməlidir.

Teqlər: