Dövlət Xidməti telefon cihazları satan tanınmış şirkətlərdə araşdırma aparır

Dünyada baş verən proseslər fonunda qeyri-ərzaq məhsullarının
qiymətində dəyişikliklər müşahidə olunur. İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız
rəqabətə yol verilməməsi üçün kompleks tədbirləri davam
etdirir.

Trend xəbər verir ki, bu tədbirlər çərçivəsində Dövlət Xidməti
tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar zamanı
təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim
olunmasına dair sorğular göndərilib.

“IRŞAD ELECTRONİCS” MMC, “İnteqral” QSC, “Soliton LTD” MMC və
“ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd
və məlumatlar təqdim edilmədiyi üçün həmin təsərrüfat subyektləri
barəsində iş qaldırılıb.

Aprelin 7-də “IRŞAD ELECTRONİCS” MMC-yə qarşı qaldırılan işə
baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı
maliyyə sanksiyası tətbiq edilib.

Teqlər: