Dövlət Xidməti I rübdə 13 minə yaxın sertifikat verdi

Dövlət Xidməti I rübdə 13 minə yaxın sertifikat verdi

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 12 958 sertifikat verib.

AzerTimes xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Tviterdə bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Yanvar-mart aylarında verilmiş mənşə sertifikatlarının 9 325-i “CT-1” formalı, 3 299-u “Ümumi” formalı, 334-ü “A” formalı olub.

Teqlər: