Bu il bir sıra tarixi-mədəniyyət abidələrində təmir-bərpa işləri
həyata keçirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın zəngin mədəni irsinin qorunması,
bərpa və konservasiyası bu il də davam etdirilir.
“Hazırda Ağstafa rayonunda “Sınıqkörpü”, Şabran rayonunda
“Çıraqqala”, Qazax rayonunda müəllimlər seminariyası və onun
yaxınılığında yerləşən ”İsrafil ağa hamamı” tarixi-mədəniyyət
abidələrində təmir-bərpa işləri həyata keçirilir”, – deyə əlavə
edilib.