Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin
göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə
əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

Dövlət Xidmətindən AzerTimes-a
verilən məlumata görə, araşdırmalar nəticəsində vaqonların (əsas
vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif
və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri
üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir
Yolları” QSC barəsində iş qaldırılıb.

Teqlər: