2022-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində haqsız rəqabət və reklam qanunvericiliyinin pozulması əlamətləri üzrə 26 iş qaldırılıb, 18 işin baxılması başa çatıb.
Dövlət Xidmətindən AzerTimes-a bildirilib ki, 2,7 milyon manat maliyyə sanksiyası tətbiq edilib. Ötən ilin müvafiq dövründə bu istiqamətdə 12 iş qaldırılıb, 15 işin baxılması başa çatıb. Nəticədə 700 min manat maliyyə sanksiyası tətbiq edilib.