Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 38 mini ötüb

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 38 035
borcalana 2 093 609 804 manat məbləğində kredit verilib.

Bu barədə Trend-ə Fonddan bildirilib.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində isə 1 442
vətəndaş mənzil şəraitini yaxşılaşdırmağa nail olub.

Fond tərəfindən biznes layihələri üzrə zəmanət və subsidiya
verilmiş kreditlərin məbləği 289 103 000 manatdır.

Teqlər: