Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman
imzalayıb.

Fərmana əsasən agentliyin vəzifələri siyahısına turoperator və
turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə
dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə
razılaşdırmaqla müəyyən etmək; mehmanxanaların (hotellərin) ulduz
kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını müəyyən etmək;
Turizm Reyestrinin aparılmasını təmin etmək; turizm ehtiyatları ilə
bağlı məlumatverici-göstərici lövhələrin quraşdırılmasını təmin
etmək; “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, turistlərin hüquq və vəzifələri barədə
məlumatlandırılmasını təmin etmək üçün zəruri tədbirlər görmək;
turizm sənayesi subyektlərinin etik davranış kodekslərini təsdiq
etmək, mediada və rəsmi internet saytında dərc etmək daxil
edilib.

Bundan başqa agentlyinin hüquqları artırılaraq siyahıya turizm
marşrutlarını təsdiq etmək; turizm sənayesi subyektləri üçün
müsabiqələr keçirmək və fərqləndirici nişanlar təsis etmək, həmin
müsabiqələrin keçirilmə qaydasını və fərqləndirici nişanların
verilməsi meyarlarını müəyyən etmək əlavə olunub.

Teqlər: