Xəbər - Ceyhun Ələkbərov – Trend:
Aprelin 23-də Dövlət Turizm Agentliyi yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonunun Qobustan kandində “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə mediatur təşkil edib.
AzerTimes-ın məlumatına görə, mediaturun məqsədi təməli qoyulmuş Palçıq Vulkanları Turizm Kompleksi barədə ictimaiyyati malumatlandırmaqdır.
Tədbir zamanı keçirilən brifinqdә Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarә Heyətinin sədri Azadə Hüseynova jurnalistlarə turizm kompleksinin missiyası və gələcəkdə nəzərdə tutulan planlar haqda ətraflı məlumat verib, onların maraq doğuran suallarını cavablandırıb.
Qeyd edək ki, aprelin 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma tədbirində iştirak edib.