2021-ci ildə pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi də davam etdirilib.
Trend-in məlumatına görə, bunu Fondun İdarə heyəti sədri vəzifələrini icra edən Osman Xaliyev 2021-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.
O.Xaliyev qeyd edib ki, bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilib:
“Proqram çərçivəsində 1 yanvar 2022-ci il tarixinə kredit qalıq məbləği 910,9 milyon manat olan 4927 müraciətə 62,5 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 60,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir” – o əlavə edib.