Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada satın alınması liberallaşdırılır.
AzerTimes-ın məlumatına görə,
Nazirlər Kabinetinin bununla bağlı 162 və 163 № li Qərarlarına dair izahda bildirilir ki, Qərarlar
“Dövlət satınalmaları haqqında” Qanununun tətbiqi və “Dövlət
müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 859 və 1439 nömrəli Fərmanlarına əsasən
hazırlanıb.
Qeyd edilən Fərmana uyğun olaraq “Elektron kənd təsərrüfatı”
informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət
sifarişi ilə satın alınması” elektron portalı yaradılıb.Elektron
portal vasitəsilə ərzaq məhsullarının dövlət sifarişi ilə satın
alınması elektron portal vasitəsilə həyata keçirilməsi nəzərdə
tutulur.
Adıçəkilən Fərmana uyğun olaraq dövlət büdcəsinin vəsaiti
hesabına ərzaq məhsullarının satınalınmasının “Ərzaq məhsullarının
dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə
həyata keçirilməsi ilə əlaqədar satınalma şərtləri və bağlanılan
müqavilə ilə bağlı, “Aqrar tədarük və təchizat” ASC-nin
nizamnaməsinin layihəsində müvafiq dəyişikliklər edilir.
Eyni zamanda, satınalan təşkilatlarla ərzaq məhsullarının
istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin
forması hazırlanıb.
Dəyişiklikdən sonra mikro və kiçik fermerlərin dövlət müəssisə
və təşkilatlarının təchizatında iştirak imkanları genişlənəcək.
Paralel olaraq rəqabət mühiti təkmilləşdirildiyi üçün təchizat
xərclərinin azaldılmasına imkan verəcək.