Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ Dirçəliş Fonduna vəsait
köçürüb.

AzerTimes bu barədə Dövlət
Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumat verir.

“Məlumdur ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan
torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır. İşğaldan azad olunmuş ərazilərin bərpası və
yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağ Dirçəliş Fonduna
200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür”,
– məlumatda deyilir.

Teqlər: