Dövlət Söyüdlüdə adekvat davranıb – Fazil Mustafa

Dövlət Söyüdlüdə adekvat davranıb – Fazil Mustafa

Vətəndaş etiraz edir, dövlət də buna adekvat davranır.

AzerTimes xəbər verir ki, bunu bu gün Milli Məclisinin növbədənkənar sessiyasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, Gədəbəyin Söyüdlü kəndində olanlardan kimlərsə özləri üçün yararlana bilməz:

“Orada bir polisin köntöy davranışına görə bütöv sistemi qaralamaq düzgün deyil”.

Deputat bildirib ki, biz bu gün Zəngəzur məsələsinə köklənməliyik:

“Vaxtilə “Qarabağı unutma!” şüarı var idi. İndi də “Zəngəzuru unutma!” şüarı olmalıdır. Ona görə Söyüdlü məsələsinə həssas yanaşmaq lazımdır”.

Teqlər: