Dövlət Sosial Müdafiə Fondu İSO-nun daha 2 sertifikatını aldı: ISO 10002 və ISO 26000

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) “ISO 10002:2018 (“Keyfiyyət menecmenti – Müştəri-vətəndaş məmnuniyyəti – Təşkilatlarda şikayətlərin idarə edilməsi haqqında təlimat”) və “ISO 26000:2010 (“Sosial məsuliyyət haqqında təlimat”) beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub.

Bu standartlar Fonda xidməti əhali kontingenti ilə vətəndaş məmnuniyyəti, sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət imkanlarının artırılmasında dəstək olacaq.

DSMF-nin sədri Himalay Məmişov bildirib ki, Fondun fəaliyyətinin ISO 10002:2018 və ISO 26000:2010 standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə ilkin olaraq əməkdaşlara interaktiv təlimlər keçirilib. Təlimlərdən sonra təşkil edilən imtahan zamanı işçilərin bilik və bacarıqları yoxlanılaraq onlar beynəlxalq nümunəli “Müştəri-vətəndaş məmnuniyyəti” və “Sosial məsuliyyət” sertifikatları ilə təltif olunublar.


Bununla da Fondun aldığı ISO sertifikatlarının sayı 4 oldu. Bundan əvvəl DSMF-yə ISO 9001:2015 (“Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”) və ISO 37001 (“Antikorrupsiya idarəetmə sistemi”) beynəlxalq standartları üzrə sertifikatlar verilib.

Teqlər: