Dövlət şirkətlərində islahatlara start verilib – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində korporativ idarəetmə islahatlarına start verilib.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən müddət ərzində Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində korporativ idarəetmə islahatlarına start verilib.

“Hazırda bu şirkətlərin fəaliyyətinin maliyyə nəticələrinin yaxşılaşdırılmasına və şəfafığın artırılmasına yönəlmiş kompleks fəaliyyət planı həyata keçirilməkdədir. Bu günədək 9 şirkətdə Müşahidə Şurası yaradılıb, birinin tərkibi dəyişdirilib. Holdinqin idarəetməsinə verilmiş 8 dövlət müəssisəsinə beynəlxalq məsləhətçilər cəlb edilməklə hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyət nəticələrinin diaqnostikası aparılıb”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, diaqnostika əsasında təkmilləşdiriləcək sahələr və həll ediləcək məsələlər üzrə tədbirlər planı hazırlanır.

“Portfel şirkətlər üzrə korporativ strategiyaların hazırlanması, illik və ortamüddətli səmərəlilik göstəriciləri və maliyyə dayanıqlılığının artırılması üzrə hədəfərin müəyyən olunması, habelə dividend siyasətinin hazırlanması tədbirlər planının mühüm istiqamətlərini təşkil edir.

Qeyd etməliyəm ki, görülən tədbirlər öz bəhrəsini verməkdədir. SOCAR da daxil olmaqla, artıq 4 iri dövlət şirkətində maliyyə nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunur və bu meyil güclənməkdədir”, – deyə nazir əlavə edib.

Teqlər: