Dövlət proqramında olan ümumi yerlər hələ hökumət tərəfindən
təsdiq olunmayıb. Bizə işçi qaydada verilən məlumatlardan görürük
ki, 4% plan yerləri artıb, dövlət sifarişli isə 3% artım
olacaq.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM)
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, buraxılış imtahanında az bal toplayanlar da
ali məktəbə sənəd verə bilərlər.
“100 baldan çox nəticə göstərən 10 mindən çox şagird var. 1-ci
qrupda 16 % 200 baldan yuxarı nəticə göstərənlərdir. Bu da 4500
nəfərdir, – deyə o əlavə edib.