Dövlət sərhədini pozmağa cəhd edən şəxs saxlanıldı – Foto

Dövlət sərhədini pozmağa cəhd edən şəxs saxlanıldı – Foto

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AzerTimes-a bildirilib ki, avqustun 25-də saat 21:00-da Xidmətin Sahil Mühafizəsi Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir şübhəli şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsini müşahidə edib.

Aşkarlanmış şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.

Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 1998-ci il 24 aprel təvəllüdlü Mahmud Kil Bilal oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: