Dövlət sərhədində mövqelərimiz atəşə tutulub – MN

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin
Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca
yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın
31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan
Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik
yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı
silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, ordumuzun bölmələri
tərəfindən adekvat cavab tədbirləri görülüb.

Teqlər: