Dövlət Sərhəd Xidmətində Anım Günü qeyd edilib (FOTO)

Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaq­larımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilmişdir.

DSX-dən AzerTimes-a bildirilib ki, dövlət himninin səsləndirilməsi ilə başla­yan təd­birdə Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılmışdır.

Saat 12:00-da Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev çıxış edərək tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “DƏMİR YUM­RUQ” əməliyyatı nəti­cəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyü­müzün bərpa olundu­ğunu, 44 gün davam edən Vətən müharibə­sinin Azərbaycan Respublikasının Ermənistan üzərin­də parlaq qələbəsi ilə başa çatdığını, Tarixi Zəfərimizin təmin edildiyini vurğu­la­mış­dır.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşı­sın­da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıq­larının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət göstərmələri qeyd olunmuşdur.

Torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olması qeyd edilmiş, bizlərə qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinmə­yəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəh­rə­manlıq mirasını qədirbilən xalqımızın daima uca tutacağı vurğulan­mışdır.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin döv­lət siyasətinin əsas istiqamətlərindən oldu­ğu bildirilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Ko­man­danı cənab İlham Əliyevin müvafiq fərman və sərən­camları ilə Anım və Zəfər günlərinin, xüsusi orden, medal və fəxri adların təsis edildiyi qeyd edilmişdir.

Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyü­şən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunacağı, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə ediləcəyi ifadə olun­muşdur.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Vətən Müharibəsinə həsr olunmuş “44 gün 44 an” sənədli filmini izləmişdir.

Teqlər: