Dövlət qurumlarına istismar olunmuş avtomobillər almaq qadağan edilib

Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət
təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və
prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat
vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin
satınalınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti
minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin
satınalınmasına yol verilməyəcək.


Trend
-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov
qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat
vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında
olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər
biri üçün hər il dövlət büdcəsində ayrılan vəsaitlərə dəyişiklik
edilib.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinə ehtiyat
hissələrinin alınması və cari təmir xərcləri – avtonəqliyyat
vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin
baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin istismar
müddəti 5 ilə qədər olduqda – 30 faizi məbləğində, istismar müddəti
5 ildən yuxarı olduqda – 40 faizi məbləğində dövlət büdcəsindən
vəsait ayrılacaq.

Əvvəl isə avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin
alınması və cari təmir xərcləri – aylıq yürüş həddinə uyğun olaraq,
yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq
xərcinin 30 faizi məbləğində dövlət büdcəsindən vəsait
ayrılırdı.

Teqlər: