Dövlət qulluqçularının yol verdiyi əsas pozuntular açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət qulluqçularının yol verdiyi əsas pozuntular məlum olub.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən hesabat hazırlanıb.


Hesabata əsasən, Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı müəyyən olunub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 10, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 370, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 20, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 150, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 5, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 453, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 2, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 110, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 117, 14-cü (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinin tələblərinin pozulması üzrə 3, 15-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1, 16-cı (Əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1, 17-ci (Məlumatlardan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib.

Teqlər: