Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzerTimes xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri.

– “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 3694 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 297) ləğv edilir.

Teqlər: