Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı imtahanın nəticələri açıqlanıb

İnzibati vəzifələrin BB vəzifə qrupu üzrə dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi üçün mayın 8-də keçirilən test
imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, Dövlət İmtahan
Mərkəzi tərəfindən 8 may 2022-ci il tarixində inzibati inzibati
icraçı vəzifələrə aid BB vəzifə qrupu üzrə dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.

İmtahan nəticələri bu gün saat 16:20-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər
imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar
(Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727
nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 207 namizəddən
1 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BB1
altqrupu üzrə 1 nəfər, BB2 altqrupu üzrə 15 nəfər, BB3 altqrupu
üzrə 35 nəfər, BB4 altqrupu üzrə 39 nəfər olmaqla, ümumilikdə 90
namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara
daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 11-13 may
tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində
fəaliyyət göstərəcək.

Teqlər: