Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 iyun 2022-ci il
tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB
qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
Dim-dən Trend-ə verilən məlumata görə, imtahanda
iştirak etmək üçün qeydiyyat 18 may saat 15:00-dan 8 iyun saat
23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və
namizədlər üçün 2000 yer ayrılıb.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5
gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış
vərəqəsi”ndə qeyd olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında
“Şəxsi
kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.
Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak
üçün ödəniş tarifləri ilə
buradan tanış ola bilərsiniz. “Şəxsi
kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif
ödəniş üsullarından (ətraflı məlumat
www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək
olar. “Şəxsi
kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən
sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında
“Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün
onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək
lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən
namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd
haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır.
Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul
olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron
məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə
müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali
təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı
şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 və ya
DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş
namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub – olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat
sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə
bilərlər.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu
düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və
imtahanda davranış qaydaları ilə tanış olmaları üçün
aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
“Namizədin yaddaş kitabçası” – kağız daşıyıcılar vasitəsilə
keçirilən test imtahanları üçün;
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış
vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara
daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın
qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri
üzrə bir neçə sertifikat ala bilər.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik
olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin
altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun
olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan
edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd
qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin
tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə
bilməz.