Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarında uğur əldə edən namizədlərin böyük əksəriyyəti dövlət ali təhsil müəssisələrinin məzunlarıdır.
AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə qeyd edib ki, özəl ali təhsil müəssisələri arasında keçmiş Qafqaz Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Universitetinin məzunları da yüksək nəticə göstərənlər sırasındadır.