Dövlət Proqramından əvvəl xaricdə təhsil alanların maliyyələşməsi də mümkün ola bilər – Nazir müşaviri

Dövlət Proqramından əvvəl xaricdə təhsil alan şəxslərin
maliyyələşməsini də həyata keçirmək mümkün ola bilər.

AzerTimes-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Nicat
Məmmədli deyib.

N.Məmmədli qeyd edib ki, “2007-2015-ci il” Dövlət Proqramında
əvvəldən təhsil alan şəxslərin sonradan maliyyələşməsi kimi təcrübə
olub.

Hazırda təhsil alan şəxslərin Dövlət Proqramı vasitəsilə ilə
maliyyələşməsi mümkün ola bilər.

“Seçim və maliyyələşmə qaydaları təsdiq olunduqda bunlar nəzərə
alınacaq. Yəqin ki, bundan sonra Dövlət Proqramından əvvəl təhsil
alan şəxslərin maliyyələşməsini də həyata keçirmək mümkün olacaq”,
– deyə o bildirib.

Teqlər: