Dövlət Neft Fondunun iclası keçirildi

Dövlət Neft Fondunun iclası keçirildi

Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.

AzerTimes xəbər verir ki, iclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.

Teqlər: