Xəbər - Zeyni Cəfərov – Trend:
Azərbaycanın 2020-ci il üzrə icmal büdcəsində ümumi daxili məhsulun 6,5 faizi həcmində kəsir qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya iqtisadiyyatının icmalı” hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, büdcə kəsiri Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilib. Fondun əhəmiyyətli ehtiyatları Azərbaycanı iqtisadi risklərdən qorumağa kömək edəcək:
“Azərbaycanın açıqladığı 2030-cu ilədək milli inkişaf konsepsiyası makroiqtisadi, struktur və idarəetmə problemlərinin həllinə uzunmüddətli sadiqliyini əks etdirir. Bu, iqtisadi artım üçün yeni mənbələrin üzə çıxarılmasına, dayanıqlı və inklüziv inkişafın təmin olunmasına imkan yaradacaq”.
(Tərcümə: Orxan Nəbiyev)