Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası, gəlir və xərcləri təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.

AzerTimes xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəylərini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alınır:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası, gəlirlər 9 360 769,8 min manat, xərclər 12 425 288,5 min manat və ya Fondun 2020-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 119,5 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:

ƏLAVƏ

Teqlər: