Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib

Xəbər - Samir Əli – Trend:

Dövlət Miqrasiya Xidməti ölkəmizə gəlmək istəyən əcnəbilərə
müraciət edib.

AzerTimes xəbər verir ki,
müraciətdə deyilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2022-ci il 15 fevral tarixli 40 nömrəli Qərarı ilə hava yolu ilə
Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı
artırılmışdır. Bu ölkələrin siyahısı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 151 nömrəli Qərarında
(http://e-qanun.az/framework/47549) göstərilmişdir. Qərara əsasən,
həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər
ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda
göstərilmiş tələblər (COVD-19 pasportu, PCR testi və s.) nəzərə
alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.

Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin
rejiminin hazırkı tələbləri nəzərə alınaraq, 17 fevral 2022-ci il
tarixdən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti
olma müddətinin uzadılması yalnız onların müraciətləri (Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə
tutulmuş əsaslar olduğu halda) nəzərə alınmaqla həyata
keçiriləcəkdir.

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara
müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan
müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama
icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar hava
yolu və ya Azərbaycan Respublikasının ərazisini öz səfirliklərinə
müraciət etməklə quru sərhəd yolu ilə tərk etməlidirlər.

Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə
bilərsiniz”.

Teqlər: