Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 100 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, bu dövrdə 12 min nəfər cəlb edilib. Onlar üçün iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradılıb.
Agentliyin həyata keçirdiyi digər aktiv məşğulluq tədbiri olan peşə hazırlığı kurslarına isə 1014 nəfər cəlb edilib. Onlara əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə peşələr tədris edilib. Pandemiya səbəbilə tədris online qaydada davam etdirilib. İşsiz şəxslərə peşə hazırlığı keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib.
Bundan başqa Agentlik tərəfindən ötən il 37 660 şəxs peşəyönümü tədbirlərə cəlb olunaraq, onlara peşəyönümü məsləhət xidmətləri göstərilib.
Son bir ildə 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.