Dövlət Məşğulluq Agentliyi son 6 ayda 47 mindən çox şəxsi işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 6 ayında 47,4 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, onlardan 21 487-si ödənişli ictimai işlərə cəlb olunub, 167-sinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib. 118 işsiz və işaxtaran peşə hazırlığı kurslarına, 147 şəxs peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.


1570 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib, 96 peşə və kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib.

Teqlər: